MPL: Zirə ArazNaxçıvana qarşı YENİLƏNİR

06.11.2024

Fanat saytına istinadən Icma.az xəbər verir.

Bu gün Misli Premyer Liqasında III turdan təxirə salınan oyun baş tutacaq.

Fanat.Az xəbər verir ki, "Zirə" doğma meydanda "Araz-Naxçıvan"ı qəbul edəcək.

Zirədə keçiriləcək qarşılamanı Rauf Cabarov idarə edəcək.

Qeyd edək ki, "Zirə" ilə "Araz-Naxçıvan" bu mövsüm artıq bir dəfə görüşüblər. Tərəflər ikinci dövrənin oyununda "sülh"ə razılaşıblar - 1:1. 
Budəfəki duel ilk "üçlük" baxımından prinsipialdır. Elmar Baxşıyevin komandası qalib gəlsə, nəinki 3-cü yerdə möhkəmlənəcək, "Turan Tovuz"u da geridə qoyaraq liderin ən yaxın izləyicisi statusuna yiyələnəcək. Belədə "Zirə"nin 3-cü yerə düşəcək qərb təmsilçisi ilə xal fərqi 5-ə çatacaq. Əks halda, yəni Rəşad Sadıqovun komandası qalib gələcəyi təqdirdə, 3-cü yerlə aradakı məsafə minimuma enəcək. 

Xatırladaq ki, III turdan təxirə salınan "Şamaxı" – "Qarabağ" qarşılaşması dekabrın 19-da baş tutacaq.

Misli Premyer Liqası
III turun oyun
6 noyabr

19:00. "Zirə" – "Araz-Naxçıvan"
Hakimlər: Rauf Cabarov, Eyyub İbrahimov, Asiman Əzizli, Kamran Əliyev
VAR: Nicat İsmayıllı
AVAR: Kamran Bayramov
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: İlham Əliyev
Zirə İK stadionu

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью