MPL: Zirə Quba səfərində, çempion Kəpəz lə qarşılaşır

08.05.2026

Fanat portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Misli Premyer Liqasında bu gün 31-ci tur başlayır. 

Fanat.Az xəbər verir ki, üç günü əhatə edəcək turun açılış günü 2 matç keçiriləcək.

Əvvəlcə "Zirə" Qubada "İmişli"nin qonağı olacaq. Saat 16:30-da start götürəcək oyunu Kamranbəy Rəhimov idarə edəcək. "İmişli" elitada yerini qorumağı təmin edibsə, "Zirə" avrokuboklara vəsiqə verən mövqelər uğrunda mübarizəni davam etdirir. 

Günün ikinci oyunu Masazırda reallaşacaq. Çempion "Sabah" Premyer Liqada qalmaq uğrunda mücadilə edən "Kəpəz"i qəbul edəcək. Saat 19:30-da başlayacaq qarşılaşma baş hakim Elvin Bayramova həvalə olunub.

Misli Premyer Liqası
31-ciI tur 
8 may 

16:30. “İmişli”– “Zirə”
Hakimlər: Kamranbəy Rəhimov, Kamran Bayramov, Mirnihat Seyidov, Emin Əliyev.
VAR: Rauf Cabarov, Cəmil Quliyev.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Nəriman Axundov.
Quba. Olimpiya İdman Kompleksinin stadionu. 
19:30. “Sabah” – “Kəpəz”
Hakimlər: Elvin Bayramov, Elşad Abdullayev, Pərvin Talıbov, Kamran Əliyev.
VAR: Fərid Hacıyev, Teymur Teymurov.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Kifayət Mustafayeva.
Masazır. “Bank Respublika Arena”.

Abunə Ol

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью