Icma.az, Medicina saytına istinadən bildirir.
Xərçəng xəstəliklərinin diaqnostikasında MRT, KT və PET-CT müayinələri mühüm yer tutur. İnsanlar arasında tez-tez belə bir sual yaranır: Bu müayinələrdən hansı xərçəngi daha dəqiq göstərir? Ən bahalı müayinəni etdirmək xəstəliyi mütləq aşkar etmək deməkdirmi?
Medicina.az xəbər verir ki, mütəxəssislərin yanaşmasına görə, bu üç müayinənin hər biri fərqli məqsəd daşıyır. Birinin digərindən üstün olması xərçəngin növündən, yerləşdiyi orqandan və xəstəliyin hansı mərhələdə olmasından asılıdır.
MRT nəyi göstərir?
MRT – maqnit-rezonans tomoqrafiyası güclü maqnit sahəsi və radio dalğaları vasitəsilə bədənin daxili orqanlarının ətraflı görüntüsünü yaradır. Bu müayinə rentgen şüalarından istifadə etmir.
MRT xüsusilə yumşaq toxumaların, beyin və onurğa beyninin, qaraciyərin, çanaq orqanlarının və bəzi süd vəzi xəstəliklərinin araşdırılmasında faydalıdır.
Bəzi xərçəng növlərinin bədəndə yayılmasını müəyyənləşdirmək;
Limfa düyünlərini və uzaq orqanları qiymətləndirmək;
Müalicənin nəticəsini izləmək;
Xəstəliyin təkrarlanmasından şübhələnildikdə əlavə məlumat əldə etmək üçün istifadə olunur.
Amma vacib bir məqam var: PET-CT-də aktiv görünən hər sahə xərçəng deyil. İnfeksiya və iltihab da həmin nahiyədə yüksək aktivlik yarada bilər. Eyni zamanda bəzi kiçik və ya FDG-ni az toplayan şişlər PET-CT-də aydın görünməyə bilər.
Bəs bu üç müayinədən hansı daha dəqiqdir?
MRT: Yumşaq toxumaların və bəzi orqanların detallı görüntüsünü əldə etmək üçün faydalıdır.
KT: Orqanların quruluşunu, şişin ölçüsünü və yayılmasını qiymətləndirməyə kömək edir.
PET-CT: Toxumaların metabolik aktivliyini və xəstəliyin yayılmasını araşdırır
PET-CT digər iki müayinədən fərqli olaraq yalnız orqanların quruluşunu deyil, toxumalardakı metabolik aktivliyi də qiymətləndirir.
Müayinə zamanı xəstəyə damar vasitəsilə az miqdarda radioaktiv izləyici maddə yeridilir. Ən çox istifadə edilən maddələrdən biri qlükozaya bənzər FDG-dir. Aktiv enerji sərf edən bəzi xərçəng hüceyrələri bu maddəni daha çox toplaya bilir. Cihaz həmin sahələri görüntüləyir.
PET-CT xüsusilə:

Aygün Musayeva