MRT və rentgendən 4 dəfə güclü cihaz yaradıldı

21.01.2025

Icma.az, Medicina saytına istinadən bildirir.


Sankt-Peterburq Politexnik universitetinin alimləri üçqatlı vizualizə qabiliyyəti olan müayinə metodu kəşf ediblər.

Yeni yanaşma MRT və rentgendən də güclüdür və 3-5 dəfə kiçik obyektləri də görməyə imkan verir.

İlk dəfə tibb tarixində XX əsrdə insanın daxilinə nüfuz edərək onu pozmadan görməyə imkan verən rentgen kəşf olunub. Lakin rentgen orqanizmə şüalanma baxımından neqativ təsir edir. Daha sonra ultrasəs icad edildi.

Alimlər mövcud metodların optik tomoqrafiyaların kompleks yaxşılaşdırılmasını qarşıya məqsəd qoymuşdu.

Mühəndislərin sözlərinə görə, daxili strukturları 3-5 dəfə daha dəqiq və böyüdərək görür, eyni zamanda onlara heç bir zərər vermir.

“Bizim metod tibbi diaqnostika, eləcə də sənaye üçün uyğundur. Eləcə də biologiyada rol oynayacaq, belə ki, yeni metod hüceyrələrin canlı

orqanizmdə böyüməsini vizualizə edəcək, eləcə də dərmanların toxuma daxilində təsirini göstərə biləcək”.

Metod “Prioritet-2030” adlı proqram çərçivəsində edilib.

Aygün Musayeva


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью