Footbal-plus saytından alınan məlumatlara görə, Icma.az xəbər verir. Premyer-liqanın 23-cü turunda əksər nəhənglər qələbə qazandı.
Düzdü, ikisi – “Mançester Siti” ilə “Çelsi” şəxsi dueldə üz-üzə gəldi və qələbəni “şəhərlilər” bayram etdi.
"Football-plus.az" xəbər verir ki, lider “Liverpul” “İspviç”i darmadağın etdi, “Arsenal” isə bir qolla kifayətləndi.
Elə “Mançester Yunayted” də təsadüfi qolla qələbə qazandı. “Tottenhem”in məğlubiyyətləri isə artıq heç kimi təəccübləndirmir.Premyer-liqanın
Yalnız ötən tur evdə “Mançester Siti”dən 6 top buraxan “topçular”ın bu dəfə neçə dəfə məyus olacağı sual doğururdu.
Bəlkə də hansısa tərəqqidən söz açmağa dəyər, axı “Liverpul” 4 qolla kifayətləndi.
Hərçənd hücumçular bir tərəfə, təkcə elə Aleksander-Arnold dubl edə bilərdi. Oyunun taleyi fasiləyə qədər həll olundu.
Qapıya bir zərbə də vurmayan qonaqlar hesabda 0:3 geri düşdülər. Soboslai və Qakpo fərq yaratdı, Diasla Salah isə bir qədər kölgədə idi.