MS dən 5 ci transfer

07.02.2025

Footbal-plus portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Mançester Siti” bu qış 5-ci futbolçunu heyətinə cəlb edib.

İngiltərə klubu “Portu”dan Niko Qonsalesi transfer edib. 23 yaşlı mərkəz müdafiəçisi ilə müddəti 2029-cu ilin yayına qədər razılaşdırılan müqavilə imzalanıb. MS bu transfer üçün 60 milyon avro ödəyib. Niko bu mövsüm “Portu”nun heyətində 19 oyuna çıxaraq 7 qol vurub və 6 məhsuldar ötürmə edib.
Xatırladaq ki, MS ondan əvvəl “Lans”dan özbəksitanlı Abdukodir Xusanovu, “Ayntraxt”dan (Frankfurt) Omar Marmuşu, “Palmeyras”dan Vitor Reysi, “Nyu York Siti”dən isə Kristian Makfarleyni heyətinə cəlb edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью