MS Harts a 600 min funt sterlinq ödəyəcək

05.03.2026

Fanat portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Mançester Siti" "Harts"a 16 yaşlı yarımmüdafiəçi Kir Makmikinin transferi üçün 600 min funt-sterlinq ödəyəcək.

Fanat.Az xarici KİV-ə istinadən xəbər verir ki, müxtəlif bonuslar da nəzərə alınsa, bu məbləğin 2 milyon funt-sterlinqə qədər yüksəlməsi mümkündür.

Artıq ilkin müqaviləni imzalayan gənc futbolçu yayda tibbi müayinədən keçdikdən sonra rəsmən İngiltərə çempionunun heyətinə qoşulacaq.

Makmikin üçün "Mançester Yunayted", "Brayton" və "Liverpul" kimi klublar mübarizə aparsa da, futbolçu "şəhərlilər"in təklifini qəbul edib.

Hazırda Şotlandiyanın gənclər millisində çıxış edən yarımmüdafiəçi gələcəkdə İngiltərə və ya Şimali İrlandiya yığmalarını seçmək hüququna da malikdir.

Abunə Ol

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью