MSK: Bələdiyyə seçkilərində 21 nəfər səlahiyyətli nümayəndə kimi qeydə alınıb

02.12.2024

Icma.az, Operativ MM portalına istinadən məlumatı açıqlayır.

2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində Vətəndaş Həmrəyliyi Partiyasının səlahiyyətli nümayəndələri qeydə alınıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının iclasında MSK-nın katibi Arifə Muxtarova bildirib.

A.Muxtarova qeyd edib ki, Vətəndaş Həmrəyliyi Partiyasının 21 nəfər səlahiyyətli nümayəndəsi, 1 şəxs isə maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndə təyin edilib.

Qeyd edək ki, əvvəlcə iclasda Seçki Komissiyasının noyabrın 26-da və 27-də keçirilmiş iclaslarının protokolları təsdiqlənib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью