MSK: Bələdiyyə seçkilərində 21 nəfər səlahiyyətli nümayəndə kimi qeydə alınıb AZƏRTAC

02.12.2024

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 2 dekabr, AZƏRTAC

2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində Vətəndaş Həmrəyliyi Partiyasının səlahiyyətli nümayəndələri qeydə alınıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının iclasında MSK-nın katibi Arifə Muxtarova bildirib.

A.Muxtarova qeyd edib ki, Vətəndaş Həmrəyliyi Partiyasının 21 nəfər səlahiyyətli nümayəndəsi, 1 şəxs isə maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndə təyin edilib.

Qeyd edək ki, əvvəlcə iclasda Seçki Komissiyasının noyabrın 26-da və 27-də keçirilmiş iclaslarının protokolları təsdiqlənib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью