MSK bələdiyyə seçkilərinə xaricdən müşahidəçi dəvət etməyəcək

02.12.2024

Sia Az saytına istinadən Icma.az xəbər verir.

Bələdiyyə seçkilərinə heç bir müşahidəçi dəvət etməyəcəyik. SİA xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında qurumun sədri Məzahir Pənahov deyib. O qeyd edib ki, əgər MSK-ya bu barədə müraciət edilsə, qəbul olunacaq:

"Kim bizə müraciət edəcəksə, təbii ki, qəbul edəcəyik. Amma biz xaricdən müşahidəçi dəvət etməyəcəyik. Çünki bələdiyyə seçkiləri daxili məsələdir".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью