MSK da veb kameraların texniki nəzarət mərkəzinə baxış keçirilir

23.01.2025

Teleqraf.com saytından alınan məlumata görə, Icma.az bildirir.

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, həmçinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi, general-leytenant İlqar Musayev bələdiyyə seçkiləri ilə əlaqədar məntəqələrdə quraşdırılmış veb-kameraların texniki nəzarət mərkəzinə baxış keçirilir.

Teleqraf.com xəbər verir ki, rəsmilər MSK-nın binasında yerləşən mərkəz, həmçinin müvafiq məsələlər haqqında məlumatlandırılıblar.

Xatırladaq ki, yanvarın 29-na təyin olunmuş bələdiyyə seçkilərində şəffaflığı təmin edilməsi məqsədilə 1000 məntəqədə veb-kameralar quraşdırılıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью