MSK nəzdində bələdiyyə seçkiləri ilə bağlı ekspert qrupu yaradılıb

27.11.2024

Icma.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində vətəndaşların seçki hüquqlarını pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan şikayətlərin araşdırılması məqsədilə Mərkəzi Seçki Komissiyasının (MSK) nəzdində ekspert qrupu yaradılıb.

Bakıvaxtı.az xəbər verir ki, bununla bağlı komissiyanın bugünkü iclasında qərar qəbul olunub.

Sənədi MSK katibi Arifə Muxtarova təqdim edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью