MSK nəzdində bələdiyyə seçkiləri ilə bağlı ekspert qrupu yaradılıb

27.11.2024

Icma.az, Report.az portalına istinadən məlumat yayır.

2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində vətəndaşların seçki hüquqlarını pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan şikayətlərin araşdırılması məqsədilə Mərkəzi Seçki Komissiyasının (MSK) nəzdində ekspert qrupu yaradılıb.

"Report" xəbər verir ki, bununla bağlı komissiyanın bugünkü iclasında qərar qəbul olunub.

Sənədi MSK katibi Arifə Muxtarova təqdim edib.

Bizim Telegram kanalımıza abunə olun

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью