MSK nın sədr müavini və katiblərinə diplomatik pasport verilə bilər

30.05.2025

Icma.az xəbər verir, Apa.az saytına əsaslanaraq.

Ötən iclasda həmkarım Fazil Mustafa Mərkəzi Seçki Komissiyasının sədr müavinini və katiblərinə diplomatik pasportların verilməsini təklif etmişdi.

APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib.

Əli Hüseynli bildirib ki, bu təklif əsaslandırılıb: “Bunu qanunvericilik təşəbbüsü qurumu ilə məsləhətləşəcəyik".

Qeyd edək ki, ötən plenar iclasda deputat Fazil Mustafa təklif edib ki, Mərkəzi Seçki Komissiyasının işçilərinə, heç olmasa sədr müavinlərinə və katiblərə diplomatik pasportların verilməsini dəstəkləyir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью