MSK sədri: “7 dairədə seçki keçirilməyəcək”

11.01.2025

Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Bələdiyyə seçkiləri ilə əlaqədar hazırda 16 min 128 namizəd mübarizə aparır”.

"Cebheinfo.az" AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında bildirib.

M.Pənahov qeyd edib ki, yanvarın 29-da Azərbaycanda mövcud olan 685 bələdiyyəyə 8071 üzv seçiləcək:

“Bu bələdiyyələr 118 seçki dairəsinin ərazisinə düşür. Bunlardan 7 dairə tam olaraq məcburi köçkünlərdən ibarətdir. Onlar da daimi yaşayış məntəqələrinə qayıtmadıqları üçün orada bələdiyyə seçkiləri keçirilmir.

Ümumilikdə seçicilər səsvermə günü geniş seçim imkanına malik olacaqlar”.

Onun sözlərinə görə, bələdiyyə seçkilərində müşahidəçi qismində iştirak etmək üçün ümumilikdə 66 mindən çox yerli müşahidəçi akkreditasiyadan keçib.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью