MSK sədri: Bələdiyyə seçkilərində 23 partiya iştirak edir

20.01.2025

Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

Azərbaycanda fəaliyyət göstərən 26 siyasi partiyadan 23-ü seçkilərdə iştirak edir

"Cebheinfo.az" xəbər verir ki, bunu MSK sədri Məzahir Pənəhov deyib.

Onun sözlərinə görə, siyasi partiyalar ilə aparılan sıx əməkdaşlıq, qurulan əlaqələr 2020-ci ildəki qələbədən sonra müxtəlif partiyalar ilə hakimiyyət dairəsi arasında olan münasibətlərdə özünü göstərib.

“Ötən bələdiyyə seçkilərinə siyasi partiyalar oqədər də ciddi yanaşmırdılar. Amma bu seçkilərdə 23 siyasi partiya iştirak edir”,-o deyib.

Nəzərə çatdırıb ki, 70 mindən artıq müşahidəçi qeydə alınıb və 1000 məntəqədə veb-kameralar fəaliyyət göstərəcək.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью