MSK sədri: Məntəqələrdə çəkilişin qadağan edilməsi barədə məlumatlar reallığı əks etdirmir

03.02.2025

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 3 fevral, AZƏRTAC

Seçki məntəqələrində çəkiliş aparanlarla bağlı son iclasda qeyd etdiyim məsələ çəkilməyini istəməyən seçicilərə aiddir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın fevralın 3-də keçirilən iclasında söyləyib.

O qeyd edib ki, əgər seçici çəkilişə düşmək istəmirsə, buna icazə vermirsə, çəkiliş aparmaq doğru deyil: "Çünki məntəqədə çəkiliş aparanlar deyirlər ki, bu, bizim haqqımızdır. Əgər seçici icazə verərsə, onu çəkmək olar".

MSK sədri bildirib ki, məntəqələrdə çəkilişin qadağan edilməsi barədə media subyektlərində yayılan məlumatlar reallığı əks etdirmir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью