MSK sədri: Sabah Azərbaycanda 8071 bələdiyyə üzvü seçiləcək

28.01.2025

Icma.az xəbər verir, Sherg.az saytına əsaslanaraq.

"Sabah artıq Azərbaycanda 685 bələdiyyəyə 8 071 bələdiyyə üzvü seçiləcək”.

Sherg.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasında bu gün keçirilən mətbuat konfransında MSK sədri Məzahir Pənahov deyib.

MSK sədri bildirib ki, seçicilər 5 846 məntəqədə səs verəcəklər: “Ümumilikdə 118 seçki dairəsi hüdudları çərçivəsində 685 bələdiyyə var. 125 seçki dairəsindən 7-si tamamilə məcburi köçkün dairələridir ki, onlar bu seçkilərdə iştirak etmir”.

Məzahir Pənahov qeyd edib ki, 5734 məntəqə daimi, 112 məntəqə isə müvəqqətidir: “5846 məntəqədə seçicilərin səs verməsi üçün bütün addımlar atılıb. Seçkilərin keçirilməsinə məsul olan orqanlar işin öhdəsindən yüksək səviyyədə gəlib”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью