MSK sədrinin müavini: İki seçki dairəsinin hər biri üzrə əlavə seçki məntəqəsinin yaradılmasına qərar verilib AZƏRTAC

09.12.2024

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 9 dekabr, AZƏRTAC

Bələdiyyə seçkilərində seçicilərin artım dinamikası tempi diqqət cəlb edir.

AZƏRTAC xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyası sədrinin müavini Rövzət Qasımov MSK-nın dekabrın 9-da keçirilən iclasında söyləyib.

O qeyd edib ki, seçicilərin sayının artım dinamikası ilə əlaqədar olaraq 1 saylı Şərur-Sədərək və 68 saylı Sabirabad-Şirvan seçki dairələrinin hər biri üzrə əlavə seçki məntəqəsinin yaradılmasına qərar verilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью