MSK sədrinin üzünə qara boya atdılar VİDEO

16.11.2024

Icma.az xəbər verir, Publika.az saytına əsaslanaraq.

Müxalifət nümayəndəsi David Kirtadze Gürcüstan Mərkəzi Seçki Komissiyasının ( MSK ) sədri Giorgi Kalandarişvilini üzünə qara boya atıb.

Publika.az bu barədə Gürcüstan televiziyasına istinadən məlumat verir.

Hadisə Mərkəzi Seçki Komissiyasında oktyabrın 26-da ölkədə keçirilmiş parlament seçkilərinin yekun protokoluna baxarkən baş verib. Bundan sonra komissiyanın iclası müvəqqəti olaraq dayandırılıb.

Bundan əvvəl Tbilisidə Gürcüstan Mərkəzi Seçki Komissiyasının binası qarşısında qadınların parlament seçkilərinin nəticələrinə qarşı etiraz aksiyası başlayıb.

Tural

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью