MSK sosial şəbəkələrdəki görüntüləri araşdıracaqmı?

30.01.2025

Gununsesi portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Məlum olduğu kimi, dünən ölkədə bələdiyyə seçkiləri keçirilib.

Seçkilərdə seçici aktivliyi hiss olunmasa da, Mərkəzi Seçki Komissiyası (MSK) seçkilərə marağın olduğunu iddia edib.

Bununla belə, sosial şəbəkələrdə müstəqil jurnalistlər və bir sıra media qurumları tərəfindən karusel əməliyyatları, qutulara topa bülletenlərin doldurulmasını əks etdirən görüntülər yayılıb. 

Həmin görüntülərdə bir nəfərin bir neçə bülletendən istifadə etdiyi, o cümlədən qeydiyyatda olmayan ərazidə səs verən seçicinin də görüntüləri var. 

Gununsesi.info sözügedən görüntülərin araşdırılıb-araşdırılmaması ilə bağlı MSK-ya sorğu verib, ancaq qurumun mətbuat xidmətinin rəhbəri Şahin Əsədli sorğumuzu qəbul etsə də, cavablamaqdan imtina edib.

Orxan 

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью