MSKda bələdiyyə seçkiləri ilə əlaqədar işçi qrupu yaradılıb

27.11.2024

Icma.az, Ses qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bələdiyyə seçkiləri ilə bağlı imza vərəqələrində, habelə namizədlərin, siyasi partiyaların, siyasi partiya bloklarının təqdim etdikləri sənədlərdə olan məlumatların düzgünlüyünü və müvafiq məlumatları yoxlamaq üçün işçi qrupu yaradılıb. SİA xəbər verir ki, bununla bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) bugünkü iclasında MSK-nın qərarı müzakirəyə çıxarılıb.MSK katibi Arifə Muxtarovanın təqdimatına əsasən, işçi qrupunun tərkibi müəyyən edilib.İşçi qrupunun tərkibinə müvafiq dövlət strukturlarından nümayəndələr daxil edilib. Qrupun rəhbəri isə MSK üzvü Etibar Quliyev təyin olunub.Qərar səsverməyə çıxarılaraq qəbul edilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью