MSN: Zavodda yanğınla bağlı araşdırma aparılır

10.12.2024

Icma.az bildirir, Qaynarinfo portalına istinadən.

Dekabrın 9-da saat 17:00 radələrində Müdafiə Sənayesi Nazirliyinin (MSN) tabeliyindəki müəssisələrin birinə məxsus texniki anbarda kiçik yanğın hadisəsi baş verib.

Qaynarinfo xəbər verir ki, bu barədə MSN-in məlumatında deyilir.

Məlumata görə, yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölməsi tərəfindən qısa müddət ərzində söndürülüb. Xəsarət alan olmayıb, hadisənin baş vermə səbəbləri araşdırılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью