Icma.az, Demokrat.az portalına istinadən məlumat verir. Son illər MTK-lar tərəfindən yaşayış və qeyri-yaşayış obyektlərinin daxili kredit, y
Bu model bir tərəfdən vətəndaşlara bank kreditlərinə ehtiyac olmadan mənzil sahibi olmaq imkanı yaratsa da, digər tərəfdən sığorta mexanizml
Amma digər tərəfdən bu zaman sığortanın olmaması və ya tələb edilməməsi müəyyən risklərə yol açır.
Bu risklər həm vətəndaşlara, həm də MTK-lərə yönəlikdir”, — deyə ekspert qeyd edib.
Onun sözlərinə görə, hər hansı gözlənilməz hadisə baş verdikdə yaranan əlavə xərclər birbaşa mülkiyyətçinin üzərinə düşür: “Belə hallarda vətəndaş əlavə xərcləri ödəmək məcburiyyətində qalır ki, bu da onun obyekt üzrə hissəvi ödənişlərini vaxtında həyata keçirməsini çətinləşdirə bilər”.Emil Ağabağırov vurğulayıb ki, sığorta şirkətləri tərəfindən təqdim olunan əmlak və həyat sığortası mexanizmləri bu risklərin qarşısını almaqda mühüm rol oynayır: “Yanğın, partlayış, subasma kimi hadisələr, eləcə də həyatla bağlı risklər ipoteka kreditlərində müvafiq olaraq qeyri-həyat və həyat sığortası növləri üzrə məcburi tələb olunur.
Çünki sığorta təminatı olmadan ipoteka ödənişlərini davam etdirmək mümkün olmur”.Ekspert əlavə edib ki, sığorta vətəndaşları gözlənilməz risklərdən qoruyur və maliyyə sabitliyini təmin edir: “Nəticə etibarilə vətəndaşlar sığortalanmaqla mümkün maliyyə itkilərini öncədən təminat altına almış olurlar ki, bu da onların gələcəkdə üzləşə biləcəyi ciddi problemlərin qarşısını alır”.Yəni, əgər siz evinizi MTK-nın daxili krediti ilə almısınızsa və sığortanız yoxdursa, binada baş verə biləcək bir qəza (məsələn, qonşunun evini su basması və ya binada yanğın) zamanı bütün xərcləri cibinizdən ödəməli olacaqsınız.
Bu, sizin aylıq kredit ödənişlərinizi axsadacaq və nəticədə həm evinizi itirə, həm də illərlə yığdığınız ilkin ödənişdən məhrum ola bilərsiniz.
Sığorta isə cüzi bir məbləğlə bu ağır yükü öz üzərinə götürür.Əfsanə Kamal Demokrat.az Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.