“MTV Azərbaycan” 13 yaşını qeyd edir KONKRET

11.05.2025

Icma.az bildirir, Konkret.az portalına istinadən.

Azərbaycanda tanınmış telekanallardan sayılan “MTV Azərbaycan”ın 13 yaşı tamam oldu.

KONKRET.az xəbər verir ki, Azərbaycanda fəaliyyət göstərən ilk ixtisaslaşmış musiqi kanalı kimi tamaşaçıların rəğbətini qazanan televizya son bir ildə inanılmaz nəticələr əldə edib. 2012 – ci ilin 11 mayında yaradılan kanal ölkəmizdə musiqi sahəsində yenilikləri təqdim edib, bir çox mədəni hadisələri geniş işıqlandırıb. Olduqca populyar olan kanalda bir sıra yeniliklər baş verib. Son bir ildə verilişlərin keyfiyyəti və təqdimatında baş verən dəyişiklik televiziyanın reytinqini artırıb.

KONKRET.az-ın kollektivi kanalın bütün kollektivini təbrik edir, fəaliyyətlərində yeni yaradıcılıq uğurları arzu edir.

Natiq Səlim,

KONKRET.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью