Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
2026-cı il MTV Video Music Awards mərasimi Los-Ancelesdə keçirilib.
Musiqi dünyasının məşhur simalarını bir araya gətirən gecəyə Snoop Dogg aparıcılıq edib. Madonna 13 nominasiya ilə gecənin ən çox namizəd göstərilən sənətçisi olub, Taylor Swift isə 11 nominasiya ilə onu izləyib.
Gecənin diqqətçəkən məqamlarından biri Madonnanın “İlin sənətçisi” mükafatını qazanması olub. Müğənni həmçinin “Ən yaxşı rəqs” və “Ən yaxşı əməkdaşlıq” kateqoriyalarında da qalib gəlib. Taylor Swift isə “The Fate of Ophelia” ilə “İlin videosu” mükafatına layiq görülüb və daha bir xüsusi mükafat əldə edib.
Mərasimdə daha bir tarixi məqam yaşanıb. BLACKPINK qrupunun üzvü LISA “Dream” mahnısı ilə “Ən yaxşı pop” kateqoriyasında qalib gəlib və bu mükafatı qazanan ilk K-pop solo ifaçısı kimi tarixə düşüb. Nirvana isə 2026-cı ilin Video Vanguard Award mükafatına layiq görülüb.
Hazırladı:
Səadət Rzayeva
XQ