Müalicə məqsədilə hovuzda dincəlmək istədi, öldü

28.12.2024

Icma.az, Axar.az portalına istinadən məlumatı açıqlayır.

Xaçmaz rayonunun 4-cü şöbə yaşayış massivində yerləşən mineral su hovuzunda ölüm qeydə alınıb.

Axar.az Report-a istinadən xəbər verir ki, müalicə məqsədilə hovuzda dincələn 1948-ci il təvəllüdlü Myakuş Vladimir Aleksandr oğlu qəfil huşunu itirib.

Yaxınlıqdakı insanların köməyi ilə hovuzdan çıxarılan V.Myakuşun öldüyü məlum olub.

Onun meyiti Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon Şöbəsinə göndərilib.

Faktla bağlı araşdırma aparılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью