Müalicəvi cirə çayı | Icma.az
Saglamolun saytına istinadən Icma.az xəbər verir. Cirə tanınmış ədviyyatdır.
Cirə dünyanın bir çox mətbəxlərində isti xörəklərin, şirniyyatların, müxtəlif içkilərin hazırlanmasında geniş istifadə olunur.
Bundan əlavə cirə çox güclü müalicəvi xüsusiyyətlərə malikdir. Çirədən çox dadlı müalicəvi çay hazırlamaq olar.
Bu çay: - Oskürək və bronxit zamanı bəlğəmgətirici, iltihabəleyhinə və antiseptik təsir edir, nəfəs yolları çox yaxşı təmizləyir və genişləndirir.
- Bağırsaqlarda köpü, spazmı və ağrıları azaldır, bağırsaqların hərəkətliliyini artırır, qəbizliklə mübarizə edir, həzmi və iştahanı yaxşılaşdırır.
- Qara ciyərin və öd kisəsinin funksiyasını yaxşılaşdırır. - Əmizdirən analarda laktasiyanı yaxşılaşdırır.
- Baş ağrıları azaldır, sakitləşdirici təsir edir. - Sidikqovucu təsir edir, sidik yolları təmizləyir.
- Qədimdə cirə kişilərdə impotensiyanın müalicəsində istifadə olunurdu. - Cirə menstruasiya zamanı ağrıları və spazmı azaldır.
Tam oxu
Xəbəri oxu