Muandakı təyyarə qəzasında ölənlərin sayı 80i ötdü

29.12.2024

Redaktor.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Cənubi Koreyanın Muan hava limanında baş verən təyyarə qəzasında ölənlərin sayı 64-dən 85-ə çatıb.

Redaktor.az xəbər verir ki, bu barədə "Yonhap" agentliyi məlumat yayıb.

Boeing 737-800 təyyarəsi Banqkokdan gəlib. Məlumata görə, təyyarədə 175 sərnişin, o cümlədən 173 Koreya Respublikası və iki Tailand vətəndaşı, altı ekipaj üzvü olub.

Yerli media yalnız iki nəfərin sağ qaldığını iddia edir.

Qeyd edək ki, Cənubi Koreyanın Jeji Air aviaşirkətinə məxsus Boeing 737 təyyarəsi Seuldan 300 km cənub-qərbdə yerləşən Muan hava limanına eniş edərkən qəzaya uğrayıb.

Qəzanın səbəbinin təyyarə ilə toqquşması nəticəsində eniş aparatlarından birinin açılmamasına səbəb olan quşlar olduğu düşünülür. Təyyarə yüksək sürətlə uçuş-enmə zolağından çıxıb və hasara çırpılıb.

İlkin məlumata görə, gəmidə olan demək olar ki, 181 nəfərin hamısı həyatını itirib. 

Sevinc İBRAHİMZADƏ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью