Muarem Muarem bu klubda çalışacaq

09.01.2025

Qol.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Qarabağ”ın sabiq futbolçusu Muarem Muaremin yeni iş yeri bəlli olub.

QOL.az xəbər verir ki, 36 yaşlı məşqçi işinə ölkəsi Şimali Makedoniyada davam edəcək.

O, “Şkupi”də məşqçilər korpusunda yer alıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. O, Alpaslan Erdemin köməkçisi təyin edilib.

Futbolçu karyerasını 2023-cü ildə ölkəsində "Qostivar" klubunda başa vuran Muarem ən son bu komandanın baş məşqçisi kimi çalışıb. 

Qeyd edək ki, M.Muarem 2012-2015 və 2016-2017-ci illərdə "Qarabağ"da çıxış edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью