Müasir ailələr niyə bir uşaqla kifayətlənirlər? | Icma.az
Icma.az, Saglamolun portalına istinadən məlumatı açıqlayır.
Müasir zamanda dünyada heç uşaq istəməyən və ya bir uşaqla kifayətlənənlərin sayı artır.
Bizim ölkədə də bir uşaqla kifayətlənən, uşağı gec planlaşdıran ailələr var. Hər bir ailə uşaq istəməməyin səbəbini müxtəlif izah edir.
Psixoloq Ruhanə Rzayevanın sözlərinə görə, azərbaycanlı ailələrdə uşaq ailənin sevinci, həyatın mənası deməkdir: "Uşağı olmayana bədbəxt insan kimi baxırlar.
Onlara "sonsuz" deyir, yanlarında uşaq haqda çox danışmaz və uşaqlarını göstərməzlər" deyən Rzayeva bildirir ki, lakin getdikcə uşaq istəməyən ana və ataların sayı artır.
Dediyinə görə, belə insanlara elə gəlir ki, onlar uşaq istəmədikləri üçün onlarda nəsə düzgün deyil, anormaldırlar və ya bunun üçün hələ psixoloji hazır deyillər.
Dünyada bu fikri dəstəkləyən və həyat şüarına çevirən qruplaşmalar var.
Qeyd edək ki, ilk belə qruplaşmalar keçən əsrin 70-ci illərindən yaranmağa başlayıb.
Tam oxu
Xəbəri oxu