Icma.az bildirir, Avtosfer portalına istinadən.
İndiki avtomobillər çox yox, elə 20 il əvvəlkilərlə müqayisədə daha təchizatlı və “ağıllı”dır. Lakin bəzən ifrat təchizat əlavə problemlərə yol açır.
Avtosfer.az xəbər verir ki, Niderlandda aparılmış təcrübə zamanı məlum olub ki, kruiz kontrol sistemi qəzaların 12 faiz artmasına səbəb olub. Tədqiq edilmiş 467 hadisədə sürücülərin reaksiya vermək və qəzadan yayınmaq üçün kifayət qədər vaxtı olsa da, reaksiya verilməyib. Səbəb aydındır: avtomobil bir çox funksiyanı öz üzərinə götürdüyü üçün sürücünün diqqəti yayınıb, arxayınlaşma yaranıb.
Lakin yeniliklər hamısı pisdir demək də yanlış olar: qəza tormozlaması sistemi toqquşma riskini 38 faiz, zolağa nəzarət sistemi isə 19 faiz azaldır. Digər sistemlər də sürücüyə kömək olur.
Ekspertlərin qənaətinə görə əsas məsələ balansı qorumaqdır. Sürücü şəxsi məsuliyyətini dərk edərək özünü texniki vasitələrin köləsinə çevirməməlidir.
Vüqar
Oxunub 94