Müasir benzinin köhnə avtomobillər üçün təhlükəsi

01.06.2026

Avtosfer saytına istinadən Icma.az xəbər verir.

Bir çox sürücü əmindir ki, müasir benzinin keyfiyyəti 30 il əvvəlkindən daha yaxşıdır: detonasiya azdır, mühərrik daha səssiz işləyir. Bəs reallıq necədir?

Avtosfer.az xəbər verir ki, köhnə sovet avtomobilləri, həmçinin 90-cı illərin Almaniya və Yaponiya avtomobilləri üçün müasir yanacaqdan istifadə heç də üstünlük yaratmır: karbürator (injektor) tez-tez sıradan çıxır, mühərrik sabit işləmir, sızma baş verir, rezin hissələr korlanır. Bu problemlə azərbaycanlı sürücülər 10-15 il əvvəl daha çox rastlaşırdılar: köhnə “Volqa” və “Jiquli”lərdə silindrlər başlığı və klapanlar yanırdı. Halbuki, VAZ-2108 sistemində belə nasazlığa az rast gəlnirdi. Hazırda vəziyyət kütləvi hal almasa da, aradan da qalxmayıb.

Məsələ burasındadır ki, son 20 ildə benzinin kimyəvi tərkibi çox dəyişib. 20-ci əsrdə istehsal edilən benzin daha “yumşaq” xarakterli idi. Müasir benzinlərin tərkibinə əlavə edilən spirt və digər aşqarlar onu aqressiv edir. Karbüratorlu mühərriklər və ilkin model injektorlar bu yanacağa hesablanmayıb. Digər tərəfdən, müasir yanacaqda yüksək dərəcədə yuyuculuq xüsusiyyəti var. Onlar mühərrikdə magistrallarda, yanacaq çənində illərlə toplanmış qurumları, hisi, çirki yerindən tərpədir. Buna görə də, yanacaq filtrləri dolur, mühərrik normal işləmir.

Buna görə də, köhnə avtomobil sahibləri müasir yanacaqla ehtiyatlı davranmalıdır. Benzinin oktan ədədi sabit qalsa da, tərkibi ciddi şəkildə dəyişib.

Vüqar Yaşaroğlu

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью