Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır. Bakı, 22 oktyabr, AZƏRTAC Bakıda "Müasir din təhsili modelləri: mənəvi dəyərlər və
Klassik İslam ənənələri, müasir pedaqoji yanaşmalar üzərində qurulmuş bu modeli təkmilləşdirmək qarşımızda duran əsas hədəflərdən biridir.
Bu nöqteyi-nəzərdən düşünürəm ki, simpoziumda aparılacaq elmi diskussiyalar təcrübə mübadiləsi baxımından həm Azərbaycan alimləri, həm də digər iştirakçılar üçün faydalı olacaq.Komitə sədri əlavə edib ki, mənəvi dəyərlərin qorunub saxlanılmasını, dini radikalizm və ekstremizm ideyalarından cəmiyyətin qorunmasını, multikultural və tolerantlıq ənənələrinin təşviqini, gənclərin yeni çağırışlar və reallıqlara uyğun yetişdirilməsini təmin edən model tapmaq lazımdır.
Çünki din təhsili dini biliklərin və təsəvvürlərin zənginləşdirilməsinə xidmət etməklə yanaşı, cəmiyyət daxilində sabitlik və harmoniya yaradan, qarşılıqlı etimadı gücləndirən, mədəni və tarixi kimliyi qoruyan mühüm alətdir.Elm və təhsil nazirinin müavini Firudin Qurbanov simpoziumda müzakirə olunan məsələlərin həm elmi, həm mənəvi, həm də ictimai baxımdan çox vacib mövzu olduğunu deyib.
Nazir müavini bu məqsədlə orta məktəblərdə, ali təhsil müəssisələrində bir sıra fənlərin proqramlarında din və dini-mədəni irs haqqında məlumatların sistemli şəkildə öz əksini tapdığına diqqət çəkib: “Bu məlumatlar həm tədris proqramlarında, həm də dərs vəsaitlərində xüsusi bölmələr şəklində yer alır.
Bu, gənclərin müxtəlif dinlər haqqında obyektiv biliklər qazanmasına, onlarda hörmət və tolerantlıq mədəniyyətinin formalaşmasına xidmət edir.
Məhz bu siyasətin nəticəsində hazırda Azərbaycanda dini dözümlülük və multikulturalizm yüksək səviyyədə qorunur.
Bizim gənclərimiz digər xalqların, digər dinlərin müqəddəs dəyərlərinə hörmətlə yanaşmağı bacarırlar.