“Müasir dövrdə hələ də belə kəndlər var...” Fotolar

26.02.2026

Icma.az bildirir, Yeniavaz portalına istinadən.


Fotoqraf İlham Mustafayev Şəmkir rayonunun Hacıalılar kəndindən fotoreportaj hazırlayıb.
Yeniavaz.com
xəbər verir ki, o, sözügedən fotoları öz sosial media hesabında yayıb.
Fotolarda daha çox kənd qadınlarının eşşəklər vasitəsilə su daşıması və kəndin sosial həyatından mənzərələr əks olunub.
Kənddəki içməli su problemi və suyun daşınma üsulu sosial media istifadəçilərinin müzakirəsinə səbəb olub.
“İnanılmazdı, müasir dövrdə hələ də belə kəndlər var. Yazıq camaat!” - deyə onlardan biri bildirib.
Həmin fotolardan bəzilərini təqdim edirik:






Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью