Icma.az bildirir, Oxu.az saytına əsaslanaraq. Müasir dövrün ən aktual xəstəliklərindən biri də piylənmədir.
Bu gün dünyada piylənmədən əziyyət çəkən insanların sayı bir milyarddan çoxdur və hər il təxminən üç milyon insan piylənmənin yaratdığı fəsadlar səbəbindən həyatını itirir.
"Global İndex" dünyada artıq çəkidən əziyyət çəkən ölkələrin siyahısını açıqlayıb.
Araşdırmaya görə, Kuk adalarında əhalinin 69,8%, Nauruda 58,1%, Kiribatidə 56,7, Küveytdə 43,8%, ABŞ-də 42,7%, Meksikada 36,9%, Misirdə 35,7%, Yeni Zelandiyada 34,3%, Argentinada 32,4%, Avstraliyada 31,3%-i piylənmədən əziyyət çəkir.
"Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edirik. Bizim coğrafiyanın da insanları yeyib-içməyə meyilli olduqları üçün xəstəlik burala
Ətrafımızda artıq çəkidən əziyyət çəkən kifayət qədər insanlarla rastlaşırıq.
Üstəlik, köklüyün sağlamlıq əlaməti olduğunu düşünən, övladları güclü olsun deyə çox yedizdirən, kök uşaqların daha şirin, toppuş sayıldığı ölkədə bu xəstəlikdən yan keçmək mümkün deyil.
Metabolik sindromla mübarizə aparırıq Respublika Endokrinoloji Mərkəzin həkim endokrinoloqu Lalə Məmmədova da "Kaspi"yə açıqlamasında təsdiqləyir ki, son vaxtlar piylənmə problemi ilə bağlı Mərkəzə müraciət edənlərin sayı artıb.