Apasport portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“Malta ilə matçda Azərbaycan millisi favoritdir. Lakin müasir futbolda zəif rəqib anlayışı yoxdur”.
Bu sözləri “Apasport”a açıqlamasında Qəzənfər Abbasov deyib.
Mütəxəssis Azərbaycan millisinin Malta yığması ilə oyunda şanslarını dəyərləndirib.
Abbasov Azərbaycan seçməsinə güvəndiyini bildirib:
“Yığmamız oyuna ciddi yanaşmalıdır. İlk dəqiqələrdən təşəbbüsü ələ almalı və azarkeşləri sevindirmək lazımdır. Bunun olacağına inanıram. Ayxan Abbasova və komandamıza böyük inamım var. Əsas olan futbolçuların meydanda intizamlı və məsuliyyətli çıxış etməsidir. Ümid edirəm ki, görüş yığmamız üçün uğurla nəticələnəcək. Abbasovun milliyə gəlişi futbolçularda inam yaradıb və komandanın oyunu müsbət mənada dəyişib”.
Qeyd edək ki, Azərbaycan - Malta matçı bu gün saat 22:00-da start götürəcək.
Millimiz finalda! - YENİLƏNİB Sumqayıtda keçiriləcək Azərbaycan – Macarıstan matçının hakimləri açıqlanıb Çempionlar Liqasında bütün iştirakçılar bəlli oldu: “Sabah”ın yolu Millimiz yarımfinalda- YENİLƏNİB A millinin Malta və San Marino ilə oyunlarının hakim təyinatları bəlli oldu