Müasir futbolun 3 ən yaxşı oyunçusu kimdir? Ronaldonun seçimi

08.04.2025

Icma.az, Qol.az saytına istinadən bildirir.

Portuqaliya millisinin və "Əl-Nəsr"in hücumçusu Kriştiano Ronaldo müasir futbolun üç ən yaxşı oyunçusunun adını çəkib.

QOL.az xəbər verir ki, 40 yaşlı forvard özünü, Lionel Messini və Zinəddin Zidanı fərqləndirib:

"Yəqin ki, özümü, Lionel Messi və Zinəddin Zidanı qeyd edərdim. Bu, mənim ilk "3-lüy"ümdür".

Qeyd edək ki, Ronaldo 2022-ci ilin dekabrından "Əl-Nəsr"in futbolçusudur. Messi hazırda "İnter Mayami"nin formasını geyinir. Zidan isə futbolçu karyerasını 2006-cı ildə başa vurub. O, baş məşqçilik etdiyi "Real"dan 2021-ci ildə ayrılıb və işsizdir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью