Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Ülviyyə Mahmudun rəhbərliyi ilə fəaliyyət göstərən NARGIS Nəşriyyat Evi sosial və ekoloji layihələrə böyük önəm verir.
Beş ildən artıqdır ki, NARGIS Nəşriyyat Evi ətraf mühitə məsuliyyətli yanaşmanı təbliğ edir, insanların fəaliyyətinin mənfi təsirləri haqqında ictimaiyyəti maarifləndirməyi və istehlak mədəniyyətinə təsir göstərməyi hədəfləyir.
Bu müddət ərzində dörd böyük ekoloji sərgi təşkil edilib: “Make the Earth Smile” (2019), “Reduce, Reuse, Recycle, Respect” (2021), “Planet Calling” (2022) və “Go Green” (2023).
Bu il NARGIS yeni bir əhəmiyyətli ekoloji layihə olan “Zero Waste”i təqdim edir.
Bu təşəbbüs tullantıları azaldaraq materialların optimal istehlakı və yenidən istifadəsi ilə ətraf mühiti qorumağı məqsəd qoyur.
“Zero Waste” sərgisi noyabrın 26-dan etibarən Müasir İncəsənət Muzeyində nümayiş olunur. Sərgi dekabrın 25-dək davam edəcək.
Sərgi çərçivəsində qonaqlar “Wild Life” adlı fotosərgi ilə tanış ola bilərlər.