Müasir Psixologiya Mərkəzində dava: hüquqşünasla xanım... Təfərrüat | Icma.az
Moderator.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir. Müasir Psixologiya Mərkəzində dava olub.
Hadisə Nərimanov rayonu Ağa Neymətulla küçəsi ərazisində yerləşən Müasir Psixologiya Mərkəzində qeydə alınıb.
1976-cı il təvəllüdlü Bakı şəhər sakini Sara mərkəzin hüquqşünası Vüsal Həsənovla mübahisə edib. Onların mübahisəsi davaya çevrilib.
Mərkəzdə müəllim vəzifəsində çalışan Sara Vüsalı söyərək təhqir edib.
Hadisə ilə bağlı Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinə müraciət edilib.
Araşdırmalar zamanı Saranın barəsində İnzibati Xətalar Məcəlləsinin 510-ci (xırda xuliqanlıq) maddəsi ilə ittiham elan edilib.
İş üzrə izahat verən Sara ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib.
O bildirib ki, mərkəzdə idman müəlliməsidir: “Vüsalı isə bizə hüquqşünas kimi təqdim ediblər.
Tam oxu
Xəbəri oxu