Müayinəsiz həkimlər 3 dəfə yanağımı kəsib tikdilər

24.01.2026

Axsham.az saytına istinadən Icma.az xəbər verir.

Əməkdar artist Kəmalə Müzəffər "Həftənin qonağı" verilişində qonaq olub.

Axşam.az-ın məlumatına görə, aktrisa illər əvvəl üzündə yaranan problemdən söz açıb:

"Üzümdə problem var idi. Qrim edəndə çalışırdıq ki, onu örtək. Əvvəllər bilmirdim ki, bu nədir, elə düşünürdüm adi yaradır. Sonra verilişlərin birində qonaq olarkən mövzu törəmələr idi. Reklam fasiləsinə çıxanda oradakı həkimlərdən birindən soruşdum ki, məndə də belə bir şey var. Həkim dedi ki, mən də fikir vermişəm, xoşuma gəlmir, makiyajsız yanıma gəlin, baxaq. Onun bu sözü mənə çox təsir etdi. O soruşdu ki, bunu neçə dəfə kəsdirmisiniz? Cavab verdim ki, üç dəfə. Artıq yanağım demək olar ki, çökmüşdü. Heç bir həkim də onu əkmirdi ki, bilək nədir. Müayinəsiz şəkildə cərrahlar kəsib tikirdilər. Son əməliyyatım zamanı bəlli oldu ki, bu, bazalomadır və artıq sağlam dəri toxumalarını birləşdirərək əməliyyat olundum. Bunun nə olduğunu bilən anda qorxdum. Haqqında oxudum, sonra bir qədər sakitləşdim. Bir aktrisanın yanağında belə bir şeyin olması... Bu, mənim karyeramın bitməsi demək idi. Həyat üçün təhlükəsi olmadığı üçün o qədər də qorxmurdum, amma böyüyüb bütün üzümü əhatə edə bilərdi. Bu isə o demək idi ki, mən heç vaxt kamera önünə çıxa bilməyəcəkdim. Bu da mənim üçün son olardı".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью