Icma.az bildirir, GlobalInfo portalına istinadən. Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan MDB iclasında baş nazir Nikol Paşinyanla R
Globalinfo.az xəbər verir ki, Papoyan Putinin yanıldığını və Paşinyanın haqlı olduğunu söyləyib.
“Nikol Paşinyan Ermənistan Statistika Komitəsinin açıqladığı məlumatları elan edib.
Yəni onun dedikləri doğrudur və baş nazir haqlıdır”, – Papoyan bildirib.
Qeyd edək ki, Düşənbədə keçirilən sammitdə Putin Paşinyandan Ermənistanla Rusiya arasında ticarət dövriyəsinin bu il və ötən il nə qədər olduğu soruşub.
Ermənistanın baş naziri 2025-ci ildə 4 milyard, 2024-ci ildə isə 9 milyard dollar olduğunu söyləyib.
Lakin Kreml rəhbəri bununla razılaşmayıb və rəqəmlərin daha çox olduğunu vurğulayıb.
Rusiya KİV də dövriyənin cari ildə 12 milyard dollardan çox olduğunu yazıb.