Icma.az, futbolpress-az saytına istinadən bildirir.
Fransanın “Marsel” klubunda yarımmüdafiəçi Adrien Rabiot və Conatan Rou əsas komandadan uzaqlaşdırılıb.
Futbolpress.az xəbər verir ki, bu barədə “RMC Sport” məlumat yayıb. Futbolçular arasında Liqa 1-in I turunda “Renn”lə oyundan (0:1) sonra paltardəyişmə otağında mübahisə yaranıb. Baş məşqçi Roberto De Zerbi bu səbəbdən hər iki oyunçunu müvəqqəti komandadan uzaqlaşdırıb.
“Marsel” avqustun 23-də II turda “Paris”i qəbul edəcək.