Mübahisə etdiyi qonşusunu öldürən kişi həbs olundu

20.11.2024

Sonxeber.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Mübahisə etdiyi qonşusunu öldürən kişi həbs olundu

Samsunun Atakum rayonundakı B.K adlı şəxs qonşusunu dizindən silahla vurub.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, hadisə baş verən gün B.K. və B.O. dostları ilə içki alıb evə gedib.

Onlar evdə əylənən zaman aşağı mərtəbədəki qonşu Kani Timur Ünal səsdən narahat olub və yuxarı qalxaraq qapını döyüb.

Bu zaman onlar arasında mübahisə yaranıb. Mübahisə zamanı B.K silahla Ünalın sağ dizindən atəş açıb. O qan içində yerə yıxılıb.

B.O. gecə 02:00-də polisə zəng edərək, dostu B.K.-nın qonşusunu silahla vurduğunu bildirib.

Hadisə yerinə gedən polis Ünalın qan itkisindən öldüyünü müəyyən edib.

Müayinədən sonra Kani Timur Ünalın meyiti araşdırılma üçün tibbi ekspertizaya aparılıb.

Polis, cinayət silahı ilə birlikdə B.K, B.O. və A.B-ni saxlayıb.

Şübhəlilər polis bölməsindəki əməliyyatlardan sonra məhkəməyə aparılıb.

Faktla bağlı istintaq davam edir.


Sonxeber.az
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью