“Mübahisə hər iki tərəf üçün də yaxşı olmadı” Zelenski

01.03.2025

Icma.az, Yeniavaz portalına istinadən məlumat verir.


Ukrayna Prezidenti Volodimir Zelenski fevralın 28-də Ağ Evdə ABŞ Prezidenti Donald Trampla mübahisədən sonra “Fox News” telekanalına müsahibə verib.
Yeniavaz.com
xəbər verir ki, Tramp Zelenskini “sülhə hazır olmamaqda” və “sevimli Oval kabinetdə” ABŞ-yə hörmətsizlik göstərməkdə ittiham edib.
“Bu münasibət iki prezidentin hüdudlarından kənara çıxır. Bu, tarixi münasibətdir, xalqımız arasında möhkəm bağlardır. Ona görə də, mən həmişə... xalqımızdan xalqınıza təşəkkürlə başlayıram”, - Zelenski “Fox News”a deyib.
“Əlbəttə, biz prezidentə və Konqresə minnətdarıq. Amma hər şeydən əvvəl sizin xalqınıza”, - Zelenski bildirib.
O, münaqişənin “hər iki tərəf üçün yaxşı olmadığını” etiraf etsə də, “səhv bir şey etdiyinə” əmin olmadığını bildirib.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью