GlobalInfo saytından alınan məlumata görə, Icma.az bildirir. İllərdir sünnətlə bağlı mübahisəli fikirlər səsləndirilir.
Xüsusilə dini aspektdən məsələnin bir neçə aspekti mövcuddur. Son günlər sosial şəbəkələrdə bununla bağlı müzakirələr yenidən alovlanıb.
Hətta bəziləri sünnətin islamda qadağan olduğunu və bunun “Allaha qarşı çıxmaq” mənasını daşıdığını iddia edirlər.
İslamda bu məsələyə yanaşma necədir? Sünnət həqiqətən qadağandırmı?
Globalinfo.az-a danışan ilahiyyatçı Tural İrfan deyib ki, sünnət olmaq İslam dinində vacib əmr deyil: “Bəyənilən ənənədir və şəriətdə buna “sünnət” deyirlər.
Əsası İbrahim Peyğəmbərdən gəlir, yəhudilər də sünnət edir. Dinin tövsiyyəsidir və gigiyenik baxımdan da münasibdir.
Sünnətin dində olmadığını deyənlər, Kəbənin Petra şəhərində olduğunu iddia edənlər Qərbin səlibçilik təfəkküründə olan ideoloji institutlarının islamı məhv etmək layihəsinin tərkib hissəsidir.
Bu, bütün müsəlman aləmində birmənalı qəbul edilən ənənədir. Peyğəmbərdən kifayət qədər hədislər var ki, uşaqlarınızı sünnət etdirin.