Mübariz Mənsimov “Beşiktaş”ın klub başqanına namizəd göstərilib Foto

04.12.2024

Gununsesi portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Türkiyənin məşhur “Beşiktaş” futbol klubu yaxınlarda özünün növbəti toplantısında klub başqanını seçəcək.

Gununsesi.info xəbər verir ki, “Beşiktaş”-ın sosial şəbəkələrdə yüzminlərlə izləyicisi olan fanat səhifələri, qrupları bu ölkədə yaşayan məşhur azərbaycanlı iş adamı “Palmali Group” un sahibi Mübariz Mənsimovun namizədliyini irəli sürüb.

Həmyerlimizin adı digər namizədlər siyahısında türk mediasında yayılıb.

Mənsimovun özünün buna necə yanaşması isə hələlik bəlli deyil.

Qeyd edək ki, həmyerlimiz bir neçə il öncə də bu posta namizəd kimi göstərilib.

Şəbnəm

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью