Bakivaxti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
İş adamı Mübariz Mənsimov mərhum atası ilə bağlı paylaşım edib.
Bakıvaxtı.az xəbər verir ki, M.Mənsimov sosial şəbəkədə paylaşım edərək dostunun atasının məzarını ziyarət etdiyini, dualar oxuduğunu və süni intellekt vasitəsilə onu da məzarın başındaymış kimi göstərən görüntü hazırladığını bildirib.
Mənsimov qeyd edib ki, həmin görüntünü görəndə çox duyğulanıb:
“Əziz dostum, qardaşım Natiq atamın məzarını ziyarət edib, dualar oxuyub və süni intellektlə sanki mən də atamın məzarı başındaymışam kimi bu görüntünü hazırlayıb. Görəndə çox duyğulandım… Çünki özüm uzaqda olsam da, qəlbim hər zaman atamın yanındadır.
Bir anlıq özümü həqiqətən orada, atamın məzarı başında hiss etdim. Bu gözəl və mənalı diqqətinə görə çox sağ ol, əziz qardaşım.
Allah dünyasını dəyişən bütün valideynlərimizə rəhmət eləsin, məkanları cənnət olsun. Həyatda olan ata-analarımıza isə sağlam və uzun ömür versin”.
Əli Hüseynov