Mübariz Orucov: “Nəsə deməyim düzgün olmaz”

07.04.2025

Icma.az bildirir, Apasport portalına istinadən.

"Azarkeşlərimizə təşəkkür edirəm. Bizə həmişəki kimi dəstək oldular. 7-8 oyunçunun xidmətindən məhrum idik. Bəzi futbolçularımız öz mövqeyində çıxış etmirdi, heyətdə rotasiyalar etmişdik. Buna baxmayaraq, yaxşı mübarizə apardılar. Onlara təşəkkür edirəm".

- Zədəli futbolçulardan kimlər "Sabah"la kubok matçına kimi hazır olacaq?
- Bəzilərində yüngül zədədir, bəzlilərində ağır. İndi nəsə demək olmur. Çalışacağıq ki, əlimizdə olan futbolçulardan istifadə edib meydana qələbə üçün çıxaq.

- Emil Səfərovun zədəsi ciddidir?
- Onun çiynində problem var. Emil də zədəlilər sırasına qoşuldu. Rafael Quzzo da uzun müddətdir oynamırdı. Bu gün o da zədələndi. Bizim üçün çox çətindir, zədəli oyunçular çoxdur. Çalışırıq ki, bu durumdan çıxaq.

- "Sabah"ın baş məşqçisi Vasili Berezutski Elvin Camalovu qeyri-peşəkar davranış sərgiləməkdə ittiham edib. Sizin buna münasibətiniz necədir?
- Oxumamışam, məlumatım yoxdur. Bilmirəm nədən danışıb, Camalovun hansı hərəkətini nəzərdə tutur. Nəsə deməyim düzgün olmaz.

Yüksək Liqa: Təxirə salınmış oyuna təyinatlar açıqlanıb “Neftçi”də növbəti ayrılıqlar: UĞURSUZ ÇIXIŞIN SƏBƏBKARLARI “Turan Tovuz”un Serrano planı: QƏRAR VERİLDİ Millinin baş məşqçisi: "Qrupdan çıxmaq şansımız olmasa da..." “Zirə” üçün önəmli qərar: RENATOYA CİDDİ MÜŞTƏRİLƏR VAR
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью