Icma.az, Newscenter.az portalına istinadən məlumat verir. Mübariz Qurbanoğlu Eğitim və Yardımlaşma Vəqfi Türkiyədə təhsil alan 150 azərbayca
Newscenter.az xəbər verir ki, bu barədə Türkiyə vaxtıyla saat 19.00-dan etibarən “Mübariz Qurbanoğlu Eğitim və Yardımlaşma Vəqfi”nin rəsmi s
Təqaüd proqramı Türkiyədə oxuyan tələbələrə dəstək olmaq və təhsillərini davam etdirmək üçün maddi yardım göstərmək məqsədi daşıyır.
Qeyd edək ki, Mübariz Qurbanoğlu Eğitim və Yardımlaşma Vəqfinin təqaüdünə layiq görülənlər arasında şəhid, qazi və müharibə iştirakçılarının övladları, təhsildə yüksək nəticələr göstərən, həmçinin aztəminatlı ailələrdən və fevral ayında Türkiyədə əsrin fəlakəti olan zəlzələ bölgəsindən seçilmiş tələbələr var.“Palmali Holding” şirkətinin və Mübariz Qurbanoğlu Eğitim və Yardımlaşma Vəqfinin təsisçisi və sədri, azərbaycanlı iş adamı və xeyriyyəçi Mübariz Mənsimovun yaxın vaxtlarda təqaüd qalibləri ilə görüşü və tələbələrə müvafiq sertifikatların şəxsən təqdim edilməsi nəzərdə tutulur.
Bununla əlaqədar, tələbələr “Palmali Holding” şirkətinin ofisinə dəvət olunacaqlar.Onu da qeyd etmək lazımdır ki, Mübariz Qurbanoğlu Eğitim və Yardımlaşma Vəqfinin rəhbərliyi 2024-2025 tədris ili üçün təqaüd proqramının qaliblərinə müraciət edib.
Müraciətdə deyilir:"Əziz tələbələr,Mübariz Qürbanoğlu Təhsil və Yardımlaşma Fondu 2024-2025 tədris ili üçün təqaüdmüraciətlərinizi qiymətləndirib.
Ətraflı məlumat əldə etmək üçünhttps://mgyardimlasmavakfi.org/2024-burs-sonuclari klikləməklə saytımıza daxil ola bilərsiniz.Nəticələri öyrənmək üçün addımlar:Yuxarıda qeyd olunan linkə klikləyin.Açılan səhifədə TR ID Nömrəsi / Pasport Nömrəsi / Xarici ID Nömrəsi sahəsinə müvafiqməlumatlarınızı daxil edin.
Təqaüd nəticəsini “Sorğu” düyməsini sıxaraq öyrənə bilərsiniz.VACİB QEYD: Nəticə ekranında görünəcək “Whatsapp Qrupu” linklərinə daxil olaraq qeyd olunan hər iki qrupa qoşulmalısınız.